AUT.AZ

Qurban Qurbanovdan etiraf: “Yorğundurlar”

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Aut.az xəbər verir ki, baş məşqçi, Yunanıstan komandasının qələbə qazanmaq üçün çox istəkli olduğunu bildirib:

“Rəqibə düzgün yanaşmalıyıq. Həddindən artıq istəklidirlər. Bu oyuna son şans kimi baxırlar. Qarşılaşmaya ciddi hazırlaşıblar”.

Qurbanov son günlərdə komandasında yorğunluğun olduğunu deyib:

“Futbolçuların özlərinə gələcəklərinə və sabahkı görüşə tam hazır olacaqlarına inanıram. Yunanıstandakı hesab bizi aldatmalı deyil. Orada səhvlərimiz də çox olub. Matça sonradan baxanda buna əmin oldum”.

Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.

Exit mobile version