AUT.AZ

Oyundan əvvəl butsları sobada isidirlər

“Çelsi”nin futbolçuları oyunlardan əvvəl innovativ üsullardan istifadə edir.

Aut.az “The Sun”-a istinadən bildirir ki, futbolçular meydana çıxan ərəfədə butsları mikrodalğalı sobada isidirlər. Soba “Stemford Bric”də soyunub-geyinmə otağında yerləşir. Soba  çəkmələrin istənilən temperatura qədər isindiyini bildirən taymerlə təchiz olunub. Komanda Premyer Liqada səfər oyunlarına gedəndə soba komanda avtobusunda daşınır. Bu cihaz oyunqabağı hazırlığın ayrılmaz hissəsidir.

Bu üsul oyunçulara çəkmələri yumşaltmağa və onları daha çevik və rahat etməyə imkan verir. Klubda belə bir prosedur 2020/2021 mövsümündən başlayaraq həyata keçirilir.

Aut.az

Exit mobile version