AUT.AZ

Onun qiyməti hər ay qalxır – 120 milyon oldu

“Latsio”nun prezidenti Klaudio Lotitonun qış transfer pəncərəsi zamanı yarımmüdafiəçi Sergey Milinkoviç-Saviçi “Yuventus”una satmağa razı olduğu haqda xəbərlər yayılıb.

Aut.az xəbər verir ki, Lotito bu xəbərə münasibət bildirib. O, futbolçunun agenti ilə bu barədə danışıq aparmadığını deyib:

“Mənim Milinkovic-Saviçin agenti ilə futbolçunu qışda “Yuventus”a və ya başqa kluba satmaq barədə razılığım yoxdur. Əksinə, indi o, 100 yox, 120 milyon avroya satılır. Onun qiyməti hər ay  qalxır”.

27 yaşlı serbiyalı yarımmüdafiəçi İtaliya A Seriyasının cari mövsümündə 9 turda 3 qol vurub və 7 məhsuldar ötürmə edib.

Aut.az

 

Exit mobile version