AUT.AZ

Onu aldadıblar – Levandovski alınmalı, Neymar satılmalı idi

Kilian Mbappe PSJ ilə müqaviləni yeniləyərkən klub rəhbərliyi qarşısında bir sıra şərtlər irəli sürübmüş. 

Aut.az “Le Parisien”ı istinadən xəbər verir ki, həmin vaxt rəhbərlik onun tələblərini yerinə yetirəcəklərinə söz veriblər.

Mbappenin əsas şərti o imiş ki, həmin vaxt “Bavariya”da çıxış edən Robert Levandovski alınsın və Neymar satılsın. Ancaq bunların heç biri reallaşmadı. Levandovski “Barselona”ya keçdi, Neymar isə hələ də PSJ-də oynayır.

23 yaşlı fransız bu mövsüm bütün turnirlərdə 12 oyuna çıxıb, 11 qol vurub. Mbappe ildə 131,2 milyon avro qazanaraq dünyanın ən çox maaş alan futbolçusudur.

Aut.az

Exit mobile version