AUT.AZ

Onlarla müqavilə uzadılmayacaq

Xuan Kuadrado və Aleks Sandro mövsümün sonunda “Yuventus”u tərk edəcəklər.

Aut.az xəbər verir ki, bu iddianı italyan jurnalist Nikolo Skira irəli sürüb.  O, “Tvitter” hesabında yazıb ki, Turin nəhəngi bu futbolçularla müqaviləni uzatmayacaq.

Onların müqaviləsi mövsümün sonunda başa çatır. Deməli, Kuadrado və Sandro komandanı azad agent statusunda tərk edəcəklər.

 Aut.az

Exit mobile version