AUT.AZ

Həyətində çətənə plantasiyası – Sabiq “Liverpul”lunun

“Liverpul”un sabiq futbolçusu Cermeyn Pennantın malikanəsində çətənə plantasiyası aşkar edilib.

Aut.az xəbər verir ki, Cermeyn malikanəni 2006-cı ildə mersisayd klubunda oynayarkən, təxminən 1 milyon funt-sterlinqə alıb. Ancaq o, 2020-ci ildə sevgilisindən ayrılandan sonra malikanədə heç kim yaşamayıb.

Plantasiyanı evə girən və sosial şəbəkələrdə video yerləşdirən səyyah aşkar edib. “YouTube”da yayılan videoda bitki yetişdirilən onlarla dibçək və narkotik istifadəsi üçün ləvazimatlar doldurulmuş torbalar göstərilir.

Yanvarda polis evdə axtarış aparmışdı. 35 yaşlı bir kişi saxlanılsa da, sonradan onu azad etdilər. Sentyabr ayında polis əməkdaşları həmin malikanədə çətənə yetişdirilməsi ilə bağlı əlavə məlumat alıblar. Lakin sentyabrın 2-də aparılan axtarışlardan sonra çətənə bitkisi tapılmayıb.

Hazırda işlə Uest-Midlends polisi məşğul olur.

Aut.az

Exit mobile version