AUT.AZ

Həbibin yuxusuna hansı döyüş “haram” qatır?

Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov səhər tezdən hansı döyüşlərə görə yuxusuna “haram” qata biləcəyi haqda danışıb.

Aut.az xəbər verir ki, Həbib artıq onu səhərlər oyada biləcək döyüşlərin çox az olduğunu bildirib:

“Səhərlər demək olar ki, oyanmıram, döyüşlərə baxmıram. Amma Kamaru Usmana görə oyandım, mənim üçün bu döyüş çox maraqlı oldu. Mən, sadəcə onun Anderson Silvanın rekordunu qırmasını çox istəyirdim. Demək olar ki, səhərlər hansısa döyüşə baxmaq üçün oyanmıram. Usmanın döyüşü istisna idi”.

Aut.az  

 

Exit mobile version