AUT.AZ

Dünən “Eurovision”a hazırlaşırdı, bu gün La Liqada baş məşqçidir – Video

“Elçe” 2 xalla La Liqanın sonuncu pilləsində qərarlaşıb. Nəticələr klub rəhbərliyini qane etmədiyindən, ötən ilin noyabrından komandanı çalışdıran Fransisko Rodrigesi istefaya göndərdilər.

 Uğursuz futbolçu karyerası

“Malyorka” ilə görüşdə (1:1) komandanı meydana 48 yaşlı kataloniyalı Alberto Qaleqo çıxartdı. Albertonun futbolçu karyerası uğurlu olmayıb – o, yalnız aşağı divizion klublarında oynayıb. 2009-cu ildə karyerasını bitirib və bundan sonra məşqçi kimi çalışıb – “Rayo Valyekano”nun gənclər komandasında və “Nyu York Kosmos”da köməkçi.

Bu ilin iyununda Alberto “Elçe”nin ikinci komandasına qoşuldu. Oktyabrda isə əsas komanda ona tapşırıldı. Pis ssenari deyil. Amma onun həyatında daha gözlənilməz hadisələr olub.

Futbolla musiqinin sintezi

 Futboldan əlavə, Alberto uşaqlıqdan musiqiyə həvəs göstərirdi. O, futbol akademiyasındakı təhsilini yerli konservatoriyada gitara çalmağı öyrənməklə birləşdirdi. Mahnı bəstələyir, sözlərini də özü yazırdı.

1994-cü ildə Alberto Lanko (musiqiçi təxəllüsü) Benidormdakı festivalda çıxış etmək üçün dəvət aldı. Bunun üçün anası cəhd etmişdi. Onun bəstələrini təşkilatçılara göndərmişdi. Lankonun çıxışı səsyazma şirkətlərdən birini heyran etdi. Şirkətin nümayəndələri Albertoya müqavilə təklif etdilər. Müqaviləni imzaladıqdan sonra Madridə köçməli oldu.

 Burnunu sındırdı və…

Musiqi Lankoya futboldan daha çox pul gətirməyə başladı, lakin Alberto yenə də onları birləşdirməyə çalışdı. Hətta Madrid yaxınlığında yerləşən “Alkobendas” klubu ilə müqavilə imzaladı. Ancaq matçların birində Alberto burnunu sındırdı və musiqidən gələn qazancı itirmək təhlükəsi yarandı. Bu səbəbdən də futbolçu karyerasını bitirdi.

 Musiqidəki zirvə

 2005-ci ilə qədər Lanko görkəmli musiqiçi oldu və dörd albom yazmağı bacardı. Elə həmin vaxt da musiqidəki zirvəsinə çatdı. Onun “Nada para ti, nada para mí” mahnısı “Eurovision” üçün milli seçimin finalına çıxdı. Amma burada 6 iştirakçı arasında 5-ci yeri tutdu.

İnternetin yaranması, futbola  qayıdış 

İnternetin yarandığı ilk illərdə albomların surətinin asanlıqla çıxarılıb yayılması, mahnı yükləmələrinə nəzarətin olmaması səsyazma şirkətlərini müflis etdi. Bu da Lankonu musiqiçi karyerasını bitirməyə məcbur etdi. Və Alberto digər sevimli sənətə- futbola qayıtmalı oldu.

Tərcümə Aut.az-a məxsusdur

 

 

Exit mobile version