AUT.AZ

Belarusu da uzaqlaşdırırlar? – UEFA prezidentinin münasibəti  

UEFA prezidenti Aleksander Çeferin Belarus millisinin turnirlərdən kənarlaşdırılması ilə bağlı səslənən tələblərə münasibət bildirib.

Aut.az xəbər verir ki, Çeferin belə tələbləri populist yanaşma hesab etdiyini bildirib:

“Hamını qovun!” çağırışı bir qədər populistdir. Hazırda bunun üçün heç bir səbəb görmürük. Nəsə dəyişsə, mütləq cavab verəcəyik. Siyasətçilər qərar qəbul etmək  səlahiyyətimizə hörmət etməlidirlər. Biz onlara “bunu et, onu etmə” demirik axı”.

Qeyd edək ki, daha əvvəl “Der Spiegel” nəşri Almaniyanın daxili işlər naziri Nensi Fayzerin UEFA-ya müraciət etdiyini bildirmişdi. Nensi Rusiyanın siyasi müttəfiqi olduğu üçün Belarus millisinin bütün turnirlərdən kənarlaşdırılmasını tələb etmişdi.

Aut.az

Exit mobile version