AUT.AZ

“Barsa” üçün sonuncu şansı

UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tur start götürüb.

Aut.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma keçirilib.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su evdə “Zalsburq”la qarşılaşıb və heç-heçə edib. E qrupunun digər matçında isə “Çelsi” “Milan”ın qonağı olub. İngiltərə təmsilçisi İtaliyadan inamlı qələbə ilə qayıdıb.

F qrupunda ÇL-in sonuncu qalibi “Real” Polşada Donetsk “Şaxtyor”unun qonağı olub. Madrid təmsilçisi bu oyunda məğlubiyyətdən son anda qurtulub. Bu qrupun digər matçında “Seltik” evdə “Leypsiq”ə 2 cavabsız qolla uduzub.

G qrupunda “Mançester Siti” Danimarkada “Kopenhagen”in qonağı olub. Bu oyunda qapılara qol vurulmayıb. Dortmund “Borussiya”sı isə Almaniyada “Sevilya” ilə “sülh bağlayıb”.

H qrupunda “Yuventus” İsraildə Hayfa “Makkabi”sinin qonağı olub və məğlubiyyətlə üzləşib. PSJ – “Benfika” matçında isə qalib müəyyənləşməyib.

4-cü turun digər 8 oyunu bu gün keçiriləcək.

A qrupunda “Napoli” İtaliyada “Ayaks”ı qəbul edəcək. “Liverpul” Şotlandiyada “Reyncers”in qonağı olacaq. Neapol təmsilçisinə pley-offa vəsiqəni rəsmiləşdirmək üçün heç-heçə də kifayət edəcək.

Günün maraqla gözlənilən matçı C qrupunda olacaq. “İnter” İspaniyada “Barselona”nın qonağı olacaq. Qrupun autsayderi “Viktoriya” (Plzen) Çexiyada “Bayern”lə görüşəcək. Münhenlilər qələbə sayəsində növbəti mərhələyə vəsiqəni təmin edə bilər. Bunun üçün Kataloniya təmsilçisi bu tur xal itirməlidir.

Çempionlar Liqası, qrup mərhələsi, 4-cü tur

11 oktyabr

E qrupu

Milan (İtaliya) – Çelsi (İngiltərə) 0:2
Qol: Jorjinyo, 21-pen. Obameyanq, 34.

Dinamo (Zaqreb, Xorvatiya) – Zalsburq (Avstriya) 1:1
Qol: Lyubiçiç, 40 – Seyvald, 12.

Xal: Çelsi – 7. Zalsburq – 6. Milan – 4. Dinamo – 4.

F qrupu

Seltik (Şotlandiya) – Leypsiq (Almaniya) 0:2
Qol: Verner, 75. Forsberq, 84.

Şaxtyor (Donetsk, Ukrayna) – Real (İspaniya) 1:1
Qol: Zubkov, 46 – Rüdiger, 90+5.

Xal: Real – 10. Leypsiq – 6. Şaxtyor – 5. Seltik – 1.

G qrupu

Kopenhagen (Danimarka) – Mançester Siti (İngiltərə) 0:0

Borussiya (Dortmund, Almaniya) – Sevilya (İspaniya) 1:1
Qol: Bellingem, 35 – Nyanzu, 18.

Xal: Mançester Siti – 10. Borussiya – 7. Kopenhagen – 2. Sevilya – 2.

H qrupu

Makkabi (Hayfa, İsrail) – Yuventus (İtaliya) 2:0
Qol: Atzili, 7; 42.

PSJ (Fransa) – Benfika (Portuqaliya) 1:1
Qol: Mbappe, 40-pen – J.Mario, 62-pen.

Xal: PSJ – 8. Benfika – 8. Makkabi – 3. Yuventus – 3.

12 oktyabr

A qrupu

20:45. Napoli (İtaliya) – Ayaks (Niderland)
23:00. Reyncers (Şotlandiya) – Liverpul (İngiltərə)

Xal: Napoli – 9. Liverpul – 6. Ayaks – 3. Reyncers – 0.

B qrupu

20:45. Atletiko (Madrid, İspaniya) – Brügge (Belçika)
23:00. Bayer (Almaniya) – Portu (Portuqaliya)

Xal: Brügge – 9. Bayer – 3. Portu – 3. Atletiko – 3

C qrupu

23:00. Viktoriya (Plzen, Çexiya) – Bayern (Almaniya)
23:00. Barselona (İspaniya) – İnter (İtaliya)

Xal : Bayern- 9. İnter – 6. Barselona – 3. Viktoriya – 0

D qrupu

23:00. Tottenhem (İngiltərə) – Ayntraxt (Frankurt, Almaniya)
23:00. Sportinq (Portuqaliya) – Marsel (Fransa)

Xal: Sportinq – 6. Tottenhem – 4. Ayntraxt – 4. Marsel – 3

 

Exit mobile version