AUT.AZ

Anri Mbappeyə dərs verdi  

“Arsenal”ın və Fransa yığmasının sabiq futbolçusu Tyerri Anri PSJ-in hücumçu Kilian Mbappenin durumu haqda danışıb.

Aut.az xəbər verir ki, Anri Kiliana irad bildirib. Onu klubun mənafeyini nəzərə almamaqda ittiham edib:

“Hər bir oyunçudan daha böyük biri var – o, klubdur. Bəs Mbappeyə klubun ən vacib amil olduğunu anlada biliblər?  Yoxsa Kilian özünü klubdan daha vacib hesab edir? Nümunə olaraq sizə şəxsi hekayəmi danışım. “Barselona”da cinahda oynamağı xoşlamırdım, buna nifrət edirdim. Amma komanda üçün hər şeyi etdim. Bircə qayda var: əgər məşqçi sənə nəyisə etməyi tapşırırsa,  komanda üçün faydalıdırsa, onu edirsən. Yox, buna əmin deyilsinizsə, onda onu məşqçi ilə müzakirə edin”.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, Mbappe komandadakı durumundan razı deyil və PSJ-dən ayrılmaq niyyətindədir.

Aut.az

Exit mobile version