AUT.AZ

Ançelotti “Şaxtyor”un baş məşqçisinə deyib ki…

“Şaxtyor”un baş məşqçisi İqor Yoviçeviç Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Real”la qarşılaşdıqları oyundan sonra təəssüratlarını bölüşüb.

Aut.az xəbər verir ki, o, “Real”ın baş məşqçisi Karlo Ançelotti ilə dialoqdan da danışıb:

“Oyunçular kədərlidirlər. Amma “Real”ı məğlub etmədiyiniz üçün kədərlənirsinizsə, bu, yaxşı yolda olduğumuz deməkdir. Üç ay əvvəl başladığımız layihə, hətta layihəyə bənzəmirdi və indi biz dünyanın ən yaxşı klubu ilə bərabər şəraitdə mübarizə aparırıq. Bu, yalnız futbolçuların əməyidir. Ançelotti? Matçdan sonra onunla danışdıq. Mənə dedi ki, bu gün qələbəyə layiq idiniz”.

Aut.az

Exit mobile version