AUT.AZ

Zədələndi, “Liverpul” imtina etdi

“Liverpul” “Yuventus”dan icarə əsasında komandaya cəlb etdiyi Artur Ramosu almaq variantından yararlanmayacaq.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “Tvitter”də yazıb:

“Liverpul” Ramosu almağa cəhd etməyəcək. Onun satış qiyməti 44 milyon avrodur. Amma əsas problem Arturun zədəli olmasıdır. O, tez-tez zədələnir.

“Liverpul” onu son gündə heyətə cəlb etmişdi. Çünki orta xətdə xeyli zədəli futbolçular vardı. Onun transferi Klopp üçün müvəqqəti əlavə seçim sayılırdı. Onsuz da klub yayda yarımmüdafiə xəttinə daha güclü futbolçu transfer etməyi planlaşdırırdı”.

Artur “Liverpul”un heyətində cəmisi 13 dəqiqə olub. O, ÇL-də “Napoli” ilə qarşılaşmada zədələnib və bir daha meydana çıxmayıb.

Aut.az

Exit mobile version