AUT.AZ

Uzunmüddətli müqavilə təklif olunacaq – Türkə

Türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlu tezliklə “İnter”lə yeni müqavilə imzalaya bilər.

Aut.az xəbər verir ki, Milan klubunun rəhbərliyi türk futbolçuya uzunmüddətli müqavilə təklif etmək niyyətindədir. Futbolçunun agentinin danışıqlar üçün Milana gəldiyi də bildirilir.

28 yaşlı Çalhanoğlu “İnter”ə 2021-ci ildə keçib. Onun müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Amma “İnter”in müqaviləni avtomatik olaraq daha bir mövsüm uzatmaq imkanı var.

Hakan cari mövsümdə 11 oyun keçirib, 2 qol vurub, 1 qol ötürməsi edib.

Aut.az

Exit mobile version