AUT.AZ

Təkid edirlər – Onun oğlunu yığmaya çağırın

“Napoli”nin hücumçusu Covanni Simeone Qətərdə keçiriləcək dünya çempionatı üçün Argentina yığmasına çağırıla bilər.

Aut.az xəbər verir ki, yığma üzvlərinin əksəriyyəti 27 yaşlı futbolçunun yığmaya çağırılması üçün təkid edir. Bu məlumatı  “İl Mattino” yayıb.

Simeone 2022-ci ilin avqustundan “Napoli”də icarə əsasında çıxış edir. Neapolluların argentinalı futbolçunu müəyyən şərtlərlə almaq hüququ var. Cari mövsümdə Covanni İtaliya çempionatı və Çempionlar Liqasında 9 oyun keçirib və 4 qol vurub.

Simeone Argentina millisində sonuncu dəfə 2018-ci ilin noyabrında çıxış edib. O, yığmada keçirdiyi 5 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

Qeyd edək ki, Covanni “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğludur.

Aut.az

Exit mobile version