AUT.AZ

“Şaxtyor”la həmrəydir – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Şaxtyor” və Ukraynadakı vəziyyət haqda danışıb.

Aut.az xəbər verir ki, Ançelotti “Şaxtyorun durumunun ağır olduğunu bildirərək, onlarla həmrəy olduqlarını deyib:

“İlk oyunda “Şaxtyor”un baş məşqçisi İqor Yoviçeviçlə danışdım. “Şaxtyor” çox çətin şəraitdə işləyir. Biz onlarla həmrəyik və onlara çox hörmət edirik.

Belə çətin vəziyyətdə oynamaq istəyi onlar üçün çox şey deməkdir. Onlar Ukrayna xalqı naminə bir komanda kimi ən yaxşısını etmək istəyirlər”.

Çərşənbə axşamı Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Real” Varşavada “Şaxtyor”la qarşılaşacaq. Madriddə keçirilən görüşdə İspaniya klubu qalib gəlib – 2:1.

Aut.az

Exit mobile version