AUT.AZ

Qalmaq üçün əlindən gələni edib

Atletiko” Antuan Qrizmannın müqavilə hüquqlarını “Barselona”dan alandan sonra futbolçu mətbuata açıqlama verib.

Aut.az xəbər verir ki, Qrizmann “Marca”ya verdiyi açıqlamada bildirib ki, “Atletiko”da qalmaq üçün əlindən gələn bütün işləri görüb:

“Şadam, istədiyim bu idi. Yenidən “Atletiko”nun bir hissəsi olmaq, bu klubdan, komanda yoldaşlarımdan, stadiondan, azarkeşlərdən həzz almaq. Burada qalmaq üçün əlimdən gələni etdim”.

Antuan bildirib ki, qalmaq şansım olduğunu anlayanda, rəhbərliklə danışıb:

“Məni sevən klubda futbol oynamaqdan zövq almaq istəyirəm. “Atletiko”nun oyunçusu olduğum üçün fəxr edirəm. Bəzən uğursuzluğa düçar ola bilərəm, amma istədiyimə nail olana qədər əlimdən gələni edəcəyəm. Azarkeşlərin bunu görməsini istəyirəm. İnsanlar mövsümü biletlər üçün pul ödəyir, matçlara gəlirlər. Bu da mənim onlara bəslədiyim hörmətdir”.

Aut.az

Exit mobile version