AUT.AZ

Oradan razı, buradan narazıdırlar

“Bavariya”nın prezidenti Herbert Hayner komandanın çıxışını dəyərləndirib.

Aut.az xəbər verir ki, Herbert Çempionlar Liqasındakı nəticədən nə qədər razı olsalar da, Bundesliqadakı nəticədən bir o qədər narazı olduqlarını vurğulayıb:

“Çempionlar Liqasında yaxşı çıxış edirik və hər üç matçda, hətta çətin rəqiblər olan “İnter” və “Barselona”ya da qalib gəldik. Amma Bundesliqadakı nəticələr bizi qətiyyən qane etmir. Doqquz matçda dörd qələbə “Bavariya”nın hədəfi deyil.

Bundesliqada zirvəyə qayıtmalıyıq. Komanda daha stabil olmalıdır. Hələ ki, bu yöndə işlərimiz qaydasında deyil. Buna görə də qaçırmamalı olduğumuz bir çox şeyi əldən verdik.

İndi Naqelsmanın əlində olan komanda “Hoffenhaym” və ya “Leyptsiq” ranqında deyil. Amma onun işini mühakimə etmək səlahiyyəti olan hər kəs məşqçiyə tam etibar edir. Buna görə də ona beş illik müqavilə təklif etdik ki, onunla nəsə quraq”.

Aut.az

Exit mobile version