AUT.AZ

Milyonlar qazanacaq – Yeni müqaviləni imzalasa

“Tottenhem” baş məşqçi Antonio Konte ilə yeni müqavilə imzalamağı düşünür.

Aut.az Football365.com-a istinadla xəbər verir ki, ingilis klubunun rəhbərliyi italyana illik 23 milyon avro məvacib təklif etmək niyyətindədir. Belə olacağı təqdirdə, Konte liqada ən çox maaş alan məşqçi statusuna yüksələcək.

Bildirilir ki, çalışdırıcının işindən razı olan klub rəhbərliyi yaxın vaxtlarda yeni müqavilənin imzalanması ilə bağlı məsələləri həll etmək istəyir.

Antonio Konte 2021-ci ilin noyabrından “Tottenhem”i çalışdırır. Onun müqaviləsi 2023-cü ilin iyun ayına kimi nəzərdə tutulub.

Premyer Liqanın 9 turundan sonra “Tottenhem” 20 xal toplayıb və lider “Arsenal”dan 4 xal geri qalaraq turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Aut.az

Exit mobile version