AUT.AZ

Maaşını artıracaqlar ki, qalsın

“Arsenal” hücumçusu Qabriel Martinelli ilə müqavilənin müddətini uzatmaq üçün danışıqlar aparır.

Aut.az xəbər verir ki, “topçular” braziliyalı futbolçunu komandada saxlamaq üçün onun maaşını artırmalı olacaqlar.  “Daily Mail” iddia edir ki, hücumçunun məvacibi 3 dəfə artırılacaq. Hazırda 21 yaşlı Martinelli həftəyə 80 min avro alır.

Martinelli London klubuna 2019-cu ilin yayında qoşulub. Braziliyalı hücumçu bu mövsüm Premyer Liqa və Avropa Liqasında 11 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilənin müddəti 2024-cü ilin yayında başa çatır.

Aut.az

Exit mobile version