AUT.AZ

Məşhur futbolçunun atası öldü

“Yuventus”un sabiq futbolçusu, hazırda “Flamenqo”da çıxış edən Arturo Vidalın atası vəfat edib.

Aut.az xəbər verir ki, 61 yaşlı Erasmo Vidalın meyiti işlədiyi atçılıq klubunda tapılıb. İlk müayinə nəticəsində ölümün infarkt nəticəsində baş verdiyi məlum olub. Bunu klub nümayəndələri də təsdiqləyiblər:

“Öyrəndik ki, gecə ölüb. Erasmo oğluna məxsus atlara baxırdı. O, infarkt keçirib, oğlu bura gəlir”.

35 yaşlı Vidal “Flamenqo”nun heyətində Braziliya çempionatında 12 matçda 2 qol vurub.

Aut.az

Exit mobile version