AUT.AZ

LGBT fanatlarından Kasilyasa cavab

Britaniyanın “Pride in Football” LGBT fanatları İker Kasilyas və Karles Puyolun tvitləri ilə bağlı bəyanat yayıblar.

Xatırladaq ki, “Real”ın sabiq qapıçısı “tvitter”də homoseksual olduğunu yazmışdı. “Barselona”nın keçmiş müdafiəçisi isə zarafatla “Hekayəmizi danışmağın vaxtıdır, İker ❤️????” yazaraq ona reaksiya vermişdi. Kasilyas daha sonra hesabının sındırıldığını iddia etmişdi. Aut.az xəbər verir ki, LGBT fanatlarının bəyanatında deyilir:

“Səhv, vaxtsız və məyusedici. Nəinki 2022-ci ildə, heç vaxt başqalarını hədəf seçəcək “zarafat” görməməliyik. Bu tvitə homofobik reaksiya normal deyil. Bu tvitə reaksiya verməli olmağımız da yaxşı deyil. Bu, birinin danışmazdan əvvəl düşünməməsinin bariz nümunəsidir. Heç bir reaksiya gözləmirdi?

Son aylarda üç peşəkar oyunçu kim olduqlarını hamımızla bölüşdülər. Ümid edək ki, bu tvitin təsirləri digər peşəkar futbolçuları kim olduqlarını deyə bilməməyə vadar etməsin”.

Aut.az

Exit mobile version