AUT.AZ

FİFA qadağan etsə də, bu sarğını taxacaq – Foto

İngiltərə millisinin hücumçusu və kapitanı Harri Keyn Qətərdə keçiriləcək dünya çempionatının oyunları zamanı “OneLove” sarğısını taxacaq.

Aut.az “Sky Sports”-a istinadla xəbər verir ki, FİFA bu sarığının istifadəsinə qadağa qoysa belə, futbolçu onu taxmaq niyyətindədir. Bununla bağlı FİFA-ya icazə sorğusu göndərilib. Bildirilir ki, daha 9 Avropa ölkəsinin kapitanları da oxşar sarğılarla oynamaq niyyətindədirlər.

Xatırladaq ki, sentyabr ayında İngiltərə Futbol Federasiyası (FA) ayrı-seçkiliklə mübarizə və LGBTQ+ icmasına dəstək təşəbbüsü çərçivəsində milli komandanın kapitanının göy qurşağı sarğısını taxacağını açıqlamışdı.

Aut.az

Exit mobile version