AUT.AZ

ÇL-in ən tənbəl komandası

PSJ Çempionlar Liqasının H qrupunda lider olmasına baxmayaraq, turnirin ən tənbəl komandasıdır.

Aut.az xəbər verir ki, Paris nəhəngi futbolçularının qət etdiyi məsafəyə görə turnirdə ən zəif komandadır. PSJ-in futbolçuları qrup mərhələsindəki  üç oyunun hər birində orta hesabla 104,6 km məsafə qət ediblər.

PSJ oyunçularının hər matça görə qət etdikləri məsafə:

“Yuventus” (2:1) – 100,2 km

“Makkabi” (3:1) – 105,3 km

“Benfika” (1:1) – 109,4 km

Müqayisə üçün deyək ki, “Mançester Siti” PSJ-dən orta hesabla az qala 11 km (115,2) çox qaçır.

Fransızlar bu gün “Benfika” ilə oyunda bu nəticəni yaxşılaşdıra bilərlər. Qarşılaşma saat 23:00-da başlayacaq.

Aut.az

Exit mobile version