AUT.AZ

ÇL-dəki klublara məktub yazdı

“Şaxtyor”un futbol direktoru Dario Srna Çempionlar Liqasının 31 iştirakçının hər birinə ünvanlanan məktub yazıb.

Aut.az xəbər verir ki, Srna 2022-ci ilin iyulundan səfir olduğu xüsusi platforma vasitəsilə ÇL-də iştirak edən klubları Ukraynaya dəstək olmağa çağırıb:

“Bu gün Ukraynanın daha çox dəstəyə ehtiyacı var. Buna görə də mən Avropa klublarına müraciət etdim. Əminəm ki, bir çox komandalar kənarda qalmayacaq, xalqımız və ölkəmizlə həmrəylik nümayiş etdirəcəklər”.

Oktyabrın 11-də Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Şaxtyor” Polşada “Real”ı qəbul edəcək.

Aut.az

Exit mobile version