AUT.AZ

Çempionlar Liqası günü

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tur start götürəcək.

Aut.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma keçiriləcək.

Bu oyunlardan sonra 4 komanda pley-offa vəsiqəni təmin edə bilər. F qrupunda “Real” “Şaxtyor”u (Donetsk) məğlub etsə, adını 1/8 finala yazdıracaq. “Mançester Siti” “Kopenhagen”ə, Dortmund “Borussiya”sı isə “Sevilya”ya qalib gələcəyi təqdirdə, sona iki tur qalmış pley-offa yüksələcək.

H qrupunda “Yuventus” Hayfa “Makkabi”sinə uduzsa, PSJ (Fransa) – “Benfika” (Portuqaliya) görüşünün qalibi növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin edəcək.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiya “Dinamo”su (Zaqreb) bu tur evdə “Zalsburq”la qarşılaşacaq.

4-cü turun digər 8 oyunu sabah keçiriləcək.

Çempionlar Liqası, qrup mərhələsi, 4-cü tur

11 oktyabr

E qrupu

23:00. Milan (İtaliya) – Çelsi (İngiltərə)
23:00. Dinamo (Zaqreb, Xorvatiya) – Zalsburq (Avstriya)

Xal: Zalsburq – 5, Çelsi – 4, Milan – 4, Dinamo – 3

F qrupu

23:00. Seltik (Şotlandiya) – Leyptsiq (Almaniya)
23:00. Şaxtyor (Donetsk, Ukrayna) – Real (İspaniya)

XalReal – 9, Şaxtyor – 4, Leyptsiq – 3, Seltik – 1

G qrupu

20:45 Kopenhagen (Danimarka) – Mançester Siti (İngiltərə)
23:00. Borussiya (Dortmund, Almaniya) – Sevilya (İspaniya)

Xal: Mançester Siti – 9, Borussiya – 6, Kopenhagen – 1, Sevilya – 1

H qrupu

20:45. Makkabi (Hayfa, İsrail) – Yuventus (İtaliya)
23:00. PSJ (Fransa) – Benfika (Portuqaliya)

XalPSJ – 7, Benfika – 7, Yuventus – 3, Makkabi – 0

 

Exit mobile version