AUT.AZ

“Barsa”nın planı: Onları havayı almaq istəyir

“Barselona” qarşıdan gələn transfer pəncərələri zamanı fərqli taktika planlaşdırır.

Aut.az xəbər verir ki, İspaniya nəhəngi futbolçuları havayı əldə etmək niyyətindədir. Buna görə də azad agent statusunda olacaq  futbolçularla güclənmək istəyir.

“Barsa” gələn yay bu statusda olacaq 3 futbolçuya – Yuri Tilemans (“Lester”), Nabi Keyta (“Liverpul”) və İlkay Gündoğana (“Mançester Siti”) maraq göstərir.

Məlumata görə, “Barsa”nın əsas planı yarımmüdafiə xəttinə daha çox futbolçu transfer etməkdir.

Xatırladaq ki, “Barselona”nın 31 yaşlı Gündoğanla maraqlandığı haqda daha əvvəl xəbərlər yayılmışdı. Tilemans və Keytanın adları ilk dəfə “Barsa” ilə hallanır.

Aut.az

Exit mobile version