AUT.AZ

Bakıya ingilislər  gəlir – “Qarabağ”a görə

“Qarabağ”la “Olimpiakos” arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyunu üçün təyinatlar açıqlanıb. Aut.az xəbər verir ki, oyun İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Kreyq Pausona Li Betts və Yan Hassin laysmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək.

Darren Con Herbert VAR hakimi, Peter Banks isə onun köməkçisi olacaq. Hakim-inspektor norveçli Con Skyervold, UEFA nümayəndəsi Bosniya və Herseqovinadan olan Milan Yankoviçdir.

Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” matçı saat 20:45-də başlayacaq. “Köhlən atlar” Afinadakı görüşdə rəqibini 3 cavabsız qolla məğlub edib.

Exit mobile version