AUT.AZ

70 milyonluq oyunçuya görə 150 milyon verirlər

“Milan”ın hücumçusu Rafael Leau PSJ-yə keçə bilər.

Aut.az “Mediafoot”a istinadən xəbər verir ki, parislilər portuqaliyalı futbolçunun 150 milyon avroya satın alınmasını aktivləşdirməyə hazırdırlar. Mənbənin məlumatına görə, 23 yaşlı futbolçu ilə “Çelsi” də maraqlanır.

Leau “Milan”a 2019-cu ildə “Lill”dən 29,5 milyon avroya transfer olub. Rafael İtaliya nəhənginin heyətində 126 oyunda 31 qol vurub və 28 məhsuldar ötürmə edib. Ötən mövsüm o, komandasının 11 ildən sonra ilk dəfə İtaliya çempionluğunu qazanmasına kömək edib. Tərəflər arasında müqavilənin müddəti 2024-cü ilin yayında başa çatır. Onun bazar dəyəri 70 milyon avro qiymətləndirilir.

Aut.az

Exit mobile version