AUT.AZ

Saxta şirkət yaradıb, vergidən yayınıb

Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuş vergidən yayınmaqda təqsirli bilinib.

Aut.az xəbər verir ki, Santuş saxta şirkət yaradıb və uzun illər Portuqaliya Futbol Federasiyasından (FPF) maaşı bu şirkət vasitəsilə alıb. Belə üsulla o, daha az vergi ödəyib.

Portuqaliyanın vergi orqanları iddia edirdilər ki, Santuş 4,5 milyon dolları vergidən gizlədib. Məhkəmədə isə onun təqsiri sübut olunub. İndi mütəxəssis vergidən yayındırdığı vəsaiti qaytarmalı olacaq.

Aut.az

Exit mobile version