AUT.AZ

Özünü yarı argentinalı, yarı da italyan hiss edir

“Napoli” A seriyasının A Seriyasının 9-cu turunda səfərdə “Kremoneze”ni məğlub edib – 4:1.

Aut.az xəbər verir ki, “Napoli”nin hücumçusu Covanni Simeone komandasının qələbəsini şərh edib:

“Komandaya kömək etmək həmişə xoşdur. Yaxşı oynadıq, sona qədər mübarizə apardıq və üç vacib xal qazandıq. Bütün komanda ilə eyni ruhda davam etməliyik. Azarkeşlərlə münasibət? Özümü yarı argentinalı, yarı da italyan hiss edirəm. Uşaq vaxtı burada böyümüşəm, indi isə qayıtmışam. İşimi səylə görməyə davam edəcəyəm”.

Qeyd edək ki, “Napoli”nin qollarından birini Covanni vurub.

Aut.az

Exit mobile version