AUT.AZ

Ölümcül diaqnoz qoydular – karyerasını bitirdi

“Brayton”un futbolçusu Enok Mvepu karyerasını 24 yaşında bitirməyə məcbur qalıb.

Aut.az xəbər verir ki, futbolçuya irsi ürək xəstəliyi diaqnozu qoyulub. Həkimlərin qənaətincə, bu xəstəlik futbolçu üçün ölümcül ola bilər. Ona görə də hücumçu 24 yaşında karyerasını bitirmək məcburiyyətində qalıb.

“Brayton”un baş məşqçisi Roberto De Dzerbi məsələyə belə münasibət bildirib:

“Enok üçün çox üzgünəm. Bura gələrkən bütün futbolçular haqda müfəssəl məlumat topladım. O, mənim işləmək istədiyim oyunçulardan idi. Biz ona əlimizdən gələn köməyi edəcəyik”.

Klubun mətbuat xidmətinin rəhbəri Toni Blum da deyib ki, klub olaraq ona tam sağalması üçün əlimizdən gələn bütün sevgi, kömək və dəstəyi verəcəyik.

Komandanın tibb heyətinin rəhbəri qərarı belə izah edib:

“Bu, Enok üçün dəhşətli zərbədir, lakin o, sağlamlığını və ailəsini birinci yerə qoymalıdır. Futbolu tərk etmək nə qədər çətin olsa da, düzgün seçimdir”.

Mvepu “Brayton”a 2021-ci ildə “Red Bull Salzburq”dan keçib. Onun transferi üçün ödənilən məbləğ klubun tarixində rekorddur.

Aut.az

Exit mobile version