AUT.AZ

“O, nüfuzlu futbolçuları idarə etmək iqtidarında deyil”

Pyer-Emerik Obameyanq “Arsenal”ın baş məşqçisi Mikel Arteta ilə aralarında yaranan münaqişədən danışıb.

Aut.az xəbər verir ki, Obameyanq Artetnın nüfuzlu futbolçuları idarə etmək iqtidarında olmadığını bildirib:

“Yadımdadır ki, “Barselona” əvvəlcə atamla əlaqə saxlamışdı. Sonra Xavi mənə zəng etdi və “Arsenal”dakı problemlərimdən xəbəri olduğunu dedi. “Barsa”ya ciddi kömək edə biləcəyimi vurğuladı və razılaşdım.

Arteta böyük oyunçuları, böyük şəxsiyyətləri idarə etmək iqtidarında deyil. Ona heç nə deməyən, dinləyən gənc futbolçular lazımdır”.

Qeyd edək ki, Obameyanq bu ilin əvvəlində “topçular”la müqaviləsinə xitam verib və “Barselona”ya keçib. Sentyabrda isə qabonlu hücumçu  “Çelsi”yə satılıb.

Aut.az

 

Exit mobile version