AUT.AZ

Messi, Raul və Ronaldo haqda elə şeylər yazdı ki…

“Real” və “Liverpul”da çıxış etmiş sabiq polşalı qapıçı Yerji Dudek karyerası ərzində yolları kəsişdiyi bəzi komanda yoldaşları və rəqibləri haqda danışıb. Aut.az xəbər verir ki, Dudek Messi, Raul və Ronaldo haqda da fikrini bildirib. O, Messi haqda belə yazıb:

“Leo digər “Barselona”lılar, o cümlədən də Pep Qvardiola kimi təxribat törətməyi xoşlayırdı. Onlar həmişə səni qıcıqlandırmağa hazır idilər və çox vaxt buna nail olurdular. Messinin Pepe və Ramosa o qədər kobud sözlər dediyini görmüşəm və eşitmişəm ki. Belə sözlərin bu qədər sakit və mehriban görünən bir insanın ağzından çıxa biləcəyini təsəvvür etmək mümkün deyil”.

Sabiq qapıçı Raul və Kriştiano Ronaldo haqqında bunları qeyd edir:

“Raul çox təkəbbürlü idi, amma ümumiyyətlə, normal oğlan idi. Ronaldo isə çox eqoistdir, lakin qələbə üçün olduqca istəklidir. Əminəm ki, o, qol vurmadığı 5:0 hesablı qələbədənsə, qol vurduğu 1:0 hesablı qələbəyə üstünlük verərdi”.

Aut.az

Exit mobile version