AUT.AZ

“Məşqçiyə inama görə mükafat almağa başlayıblar”

İngiltərə millisinin sabiq hücumçusu Qari Lineker “Arsenal”ın Premyer Liqanın 10-cu turunda “Liverpul”la oyunda (3:2) qazandığı qələbəni şərh edib.

Aut.az xəbər verir ki, Lineker “Arsenal”ın məşqçiyə inanmağın bəhrəsini daddığını bildirib:

“Çempionatda daha bir maraqlı mübarizə. Arteta gənc komanda ilə yaxşı bacarır. Klub, səbrinə və məşqçiyə inamına görə mükafat almağa başlayıb.

Digər klublar bunu nəzərə almalıdır. Mübariz komanda yaratmaq üçün vaxt lazımdır”.

“Arsenal” 9 turdan sonra 24 xalla Premyer Liqada liderdir.

Aut.az

Exit mobile version