AUT.AZ

“Liverpul” gözünü “Qalatasaray”a dikib

Bu mövsüm Premyer Liqada uğursuz çıxış edən “Liverpul” heyətə yeni futbolçular cəlb etmək niyyətindədir.

Aut.az xəbər verir ki, “Liverpul” skautlarının izlədiyi komandalardan biri də “Qalatasaray”dır. “The Sun” iddia edir ki, mersisaydlılar İstanbul nəhənginin 4 futbolçusuna göz dikib. Müdafiəçilər Saşa Boy və Viktor Nelsson, eləcə də, hücumçular Kərəm Aktürkoğlu və Yunus Akgün “Liverpul”un  maraq dairəsindədir.

Türkiyə çempionatının “Qalatasaray” – “Konyaspor” matçında (2:1) “Liverpul”un skautları da olub.

Super Liqanın cari mövsümündə İstanbul klubu 17 xalla 6-cı yerdədir.

Aut.az

Exit mobile version