AUT.AZ

İlin sonuna qədər qovulmayacaq

Massimiliano Alleqri ən azı 2022-ci ilin sonuna qədər “Yuventus”un baş məşqçisi vəzifəsindən qovulmayacaq.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “La Gazzetta dello Sport” klubdakı mənbəyə istinadən yayıb. Baş məşqçi və komanda rəhbərliyinin fikirləri bir məsələdə üst-üstə düşür:  oyunçuların əksəriyyəti bu mövsüm gözləniləndən aşağı çıxış edir. Həmçinin rəhbərlik bildirib ki, “Yuventus”un Çempionlar Liqasında “Makkabi” ilə qarşıdakı oyunu bu turnirdəki perspektiv baxımından olduqca vacibdir. Funksionerlər ümid edirlər ki, futbolçular toparlanmağı bacaracaq və bu qarşılaşmadan qalib ayrılacaqlar.

O da bildirilir ki, Alleqri istefaya göndərilsə, ona böyük məbləğdə kompensasiya ödəniləcək ki, indiki ağır maliyyə durumunda da belə ssenari sərfəli deyil.

“Yuve” 9 turdan sonra A seriyasında 13 xalla 8-ci yerdədir. Son turda “Yuventus” “Milan”a 0:2 hesabı ilə məğlub olub.

Aut.az

Exit mobile version