AUT.AZ

Harrinin fondunun missiyası

“Tottenhem”in və İngiltərə millisinin hücumçusu Harri Keyn xeyriyyəçiliklə məşğul olmağı planlaşdırır.

Aut.az xəbər verir ki, Keyn “The Harry Keyn Foundation” (HKF) fondunu təsis etdiyini açıqlayıb. Fondun əsas missiyası  bunlardır: psixi sağlamlıq haqqında söhbətləri normallaşdırmağa, psixi sağlamlığı dəstəkləməli olan müsbət vərdişləri təşviq etməyə və stiqma ilə mübarizə aparmağa kömək etmək. Fondun yaranma tarixi təsadüfən seçilməyib. Keyn “Sky Sports”-a verdiyi müsahibədə deyib:

“Bu gün, Ümumdünya Psixi Sağlamlıq Günündə fondumu yaratdığım üçün çox şadam. Bu, psixi sağlamlıq haqqında daha çox öyrənmək istəməyimin başlanğıcıdır. Ümid edirəm ki, digər insanları psixi sağlamlıqlarının qayğısına qalmağa və kömək istəməkdən çəkinməməyə təşviq edəcəyəm”.

Aut.az

Exit mobile version