AUT.AZ

“Hamıya yalan danışmaq daha yaxşıdır” –Kasilyasa söz atdı

“Liverpul”un və İspaniya millisinin keçmiş müdafiəçisi Xose Enrike İker Kasilyas ətrafındakı vəziyyətə münasibət bildirib.

Xatırladaq ki, “Real”ın sabiq qapıçısının sosial şəbəkə səhifəsində gey olduğu ilə bağlı paylaşım edilmşdi. Amma sonradan bu paylaşım silindi və Kasilyas bildirdi ki, onun səhifəsi sındırılıb. Sabiq qapıçı abunəçilərdən və cinsi azlığın nümayəndələrindən üzr də istədi. Aut.az xəbər verir ki, Enrike sosial şəbəkədə yazdığı tvitdə Kasilyasa söz atıb:

“Üzr istəmək və səhvi etiraf etmək əvəzinə, hamıya yalan danışmaq daha yaxşıdır”.

Onu da vurğulayaq ki, Kasilyasın səhifəsindəki paylaşım silinənə qədər “Barsa”nın sabiq kapitanı Karlos Puyol şərh yazmışdı. Bu şərhdən belə çıxırdı ki, Kasilyas həqiqətən də geydir:

“İker, bizim tarixi danışmağın vaxtı çatdı”.

Aut.az

Exit mobile version