AUT.AZ

Danışıq aparırlar – Stadionun adını satmaq üçün

Daha bir klub stadionun adının satılmasından gəlir əldə etmək niyyətindədir.

Aut.az xəbər verir ki, London “Tottenhem”i də stadionun adının satılmasına qərar verib. ABŞ şirkəti  “Google” “Tottenham Hotspur Stadium”a maraq göstərir.

Tərəflər arasında ilkin müzakirələr aparılıb. Danışıqların kommersiya yönü barədə heç bir məlumat verilmir.

“Tottenham Hotspur Stadium” 62 mindən yuxarı azarkeş tutumuna malikdir. Arena “Uembli”dən sonra İngiltərədə ən böyük stadiondur.

Aut.az

 

Exit mobile version