AUT.AZ

Daha bir klub aldı – PSJ-in sahibi

PSJ-in sahibi olan “Qatar Sports Investments” şirkəti Portuqaliyanın “Braqa” klubunun azlıqdakı payını alıb.

Aut.az xəbər verir ki, Portuqaliya klubunun rəsmi saytı məsələ ilə bağlı məlumat yayıb:

“Klub beynəlxalq səviyyədə müəyyən bacarıq və təcrübəyə malik səhmdar struktur olan “Qatar Sports Investments”-in gəlişini böyük şövqlə qarşılayır. Bu addım klubun brendini böyütməyə və onu qlobal miqyasda tanıtmağa kömək etməlidir”.

Həmçinin qeyd olunub ki, yeni investorun gəlişi “Braqa”nın rəhbərliyində dəyişikliyə səbəb olmayacaq və Direktorlar Şurasının qərarların qəbulunda tam müstəqilliyi təmin olunub.

“Braqa” Portuqaliya çempionatının cari mövsümündə 9-cu pillədə qərarlaşıb.

Aut.az

 

Exit mobile version