AUT.AZ

“Barsa” onu satmasaydı, faciə ilə üzləşərdi

“Barselona”nın prezidenti  Joan Laporta Antuan Qrizmannın “Atletiko”ya satılması haqda danışıb.

Aut.az xəbər verir ki, “hindular” 31 yaşlı hücumçuya görə “Barsa”ya 20+4 milyon avro ödəyəcək. Laporta qərarı belə şərh edib:

“Hər şey razılaşdırılıb və bu, uğurlu əməliyyatdır. 20 milyon avro alacağıq, daha 4 milyon bonus olaraq veriləcək. Həmçinin “Atletiko” onu satsa, transfer məbləğindən bizə də pay düşəcək.

Qorxurduq ki, iş məhkəməyə gedərsə, uzun müddət çəkə bilər. Qrizmann dünya çempionatından sonra “Barselona”ya qayıtsaydı, maaş büdcəmiz 36 milyon avro artacaqdı. Belədə, bizim qarşılaşacağımız faciənin böyüklüyünü təsəvvür edə bilərsiniz”.

Aut.az

Exit mobile version