AUT.AZ

“Barsa” ona görə xeyli təklif alıb

İngiltərənin nəhəng klubları “Barselona”nın yarımmüdafiəçi Frenki de Yonqun transferində maraqlıdır.

Aut.az xəbər verir ki, bu barədə “Barselona”nın prezidenti Joan Laporta məlumat verib. O, yay transfer pəncərəsi zamanı hollanda görə bir neçə təklif aldığını bildirib:

“Premyer Liqa klublarından De Yonq üçün çoxlu təkliflər aldıq. Böyük məbləğdə pul təklif edirdilər. Lakin biz Frenki kimi keyfiyyətli oyunçunu satmamaq qərarına gəldik”.

De Yonq “Transfermarkt” tərəfindən 60 milyon avro dəyərində qiymətləndirilir. O, 2019-cu ilin yayında “Barselona”ya keçib.  Yarımmüdafiəçi bu mövsüm çempionatda 7 oyuna çıxıb, 1 qol vurub. Tərəflər arasında müqavilənin müddəti 2026-cı ilin yayında çatır.

Aut.az

Exit mobile version