AUT.AZ

Türkiyə Ermənistanla eyni qrupda

Bu gün futbol üzrə AÇ-2024-cü seçmə mərhələsinin püşkü atılıb.

Aut.az xəbər verir ki, Almaniyanın Frankfurt şəhərindəki tədbirdə 53 iştirakçının rəqibləri bilinib.

Final mərhələsinin ev sahibi Almaniya və yarışlardan kənarlaşdırılan Rusiya istisna olmaqla, UEFA-ya üzv olan bütün ölkələr seçmə mərhələdə qüvvəsini sınayacaq. Komandalar püşklə 10 qrupa bölünüb. Onlardan 7-də beş, 3-də isə altı milli komanda qərarlaşıb.

2023-cü ildə keçiriləcək seçmə mərhələdə qruplarda ilk iki yeri tutanlar AÇ-2024-ə vəsiqə qazanacaq. Qeyd edək ki, Türkiyə Ermənistanla eyni qrupda yer alıb.

A qrupu
İspaniya
Şotlandiya
Norveç
Gürcüstan
Kipr

B qrupu
Niderland
Fransa
İrlandiya
Yunanıstan
Cəbəllütariq

C qrupu
İtaliya
İngiltərə
Ukrayna
Şimali Makedoniya
Malta

D qrupu
Xorvatiya
Uels
Ermənistan
Türkiyə
Latviya

E qrupu
Polşa
Çexiya
Albaniya
Farer adaları
Moldova

F qrupu
Belçika
Avstriya
İsveç
Azərbaycan
Estoniya

G qrupu
Macarıstan
Serbiya
Monteneqro
Bolqarıstan
Litva

H qrupu
Danimarka
Finlandiya
Sloveniya
Qazaxıstan
Şimali İrlandiya
San-Marino

İ qrupu
İsveçrə
İsrail
Rumıniya
Kosovo
Belarus
Andorra

J qrupu
Portuqaliya
Bosniya və Herseqovina
İslandiya
Lüksemburq
Slovakiya
Lixtenşteyn

 

Exit mobile version