AUT.AZ

Superliqa ideyasından əl çəkmirlər – “Üçlük” yığışır

Superliqa ideyasının təşəbbüskarları Avropa klubları ilə turnirin yeni formatını müzakirə edəcəklər.

Aut.az “The Telegraph”a istinadən xəbər verir ki, “Real”, “Barselona” və “Juventus” təmsilçiləri yaxın gələcəkdə turnirlə bağlı fəaliyyəti genişləndirməyi planlaşdırırlar. “Real”la “Yuventus”un prezidentləri Florentino Peres və Andrea Anyelli artıq məsələ ilə bağlı bir neçə açıqlama verib.

Superliqanın təsisçiləri digər klublarla turnirdə iştirak şərtləri, onun formatı və gəlirlərin bölüşdürülməsi məsələlərini müzakirə etmək niyyətindədirlər. Onlar turnirin təşkili üçün prinsipial razılıq əldə etmək istəyirlər.

Turnirin təşkilatçıları iştirakçı klubların Superliqanın yeganə səhmdarları olacağı qaydasını təsdiqləməyi planlaşdırırlar.

Bu məsələdə həlledici amil Avropa Məhkəməsinin dekabrın 15-də verəcəyi qərar olacaq. Hakimlər ya UEFA-nın beynəlxalq yarışlara ev sahibliyi etmək üçün müstəsna hüququnu təmin edən hökm çıxaracaq, ya da Superliqanın təşkilatçılarına sərbəstlik verəcək.

O vaxta qədər isə Peres və Anyellinin Superliqa layihəsinin başqalarından nə ilə fərqlənəcəyi ilə bağlı bir sıra açıqlamalar verəcəyi gözlənilir.

Ehtimal olunur ki, turnirin yeni formatında təşkilatçılar bəzi klubların orada təminatlı iştirak hüququndan imtina edəcəklər – bu, indiyə qədər gedən müzakirələrdə ən çox bəyənilməyən qaydadır. Superliqa liderləri bu dəfə daha çox klubla müzakirə apararaq yeni format hazırlamağı planlaşdırır.

Aut.az

Exit mobile version