AUT.AZ

“Şaxtyor”un məşhur qapıçısı öldü

Məşhur ukraynalı qapıçı Yuri Deqtyaryov 75 yaşında dünyasını dəyişib.

Aut.az xəbər verir ki, Yuri Deqtyaryov bütün futbolçu karyerasını Donetsk “Şaxtyor”unun tərkibində keçirib. 20-ci əsrin sonunda komandada qapıçılar üzrə məşqçi olub. 1966 və 1967-ci illərdə SSRİ yığmasının heyətində yeniyetmələr arasında Avropa çempionluğunu qazanıb.

Deqtyaryov “Şaxtyor”un heyətində iki dəfə SSRİ çempionatının gümüş mükafatçısı olub, eyni zamanda 1980-ci ildə SSRİ kubokunu qazanıb. 1977-ci ildə SSRİ-nin ən yaxşı qapıçısı seçilib. Beş dəfə SSRİ-də mövsümün ən yaxşı 33 ən yaxşı oyunçusu arasında olub. O, qapısını 147 oyunda toxunulmaz saxlamaqla Lev Yaşin klubunun üzvüdür.

Aut.az 

Exit mobile version