AUT.AZ

“Real”ın 2024 planı

“Real” prezidenti Florentino Peres baş məşqçi Karlo Ançelottini əvəz edəcək mütəxəssisin axtarışına başlayıb.

İtalyan mütəxəssis 2024-cü ilin yayında klubu tərk etmək niyyətindədir. Aut.az “EL Nacional”a istinadən xəbər verir ki,Ançelottinin əsas namizədi “Real”ın sabiq futbolçusu, hazırda “Bayer”i çalışdıran Xabi Alonsodur.

Amma Peresin 2024 planı bununla yekunlaşmır. O, həmin vaxt 2 səs-küylü transfer də gerçəkləşdirmək niyyətindədir. “Kral klubu”nun prezidenti “Siti”dən Erlinq Halandı, “Palmeyras”dan Endriki transfer etməyi planlaşdırır.

16 yaşlı Endrik “Palmeyras”ın yetirməsidir. “Transfermarkt” onun dəyərini 15 milyon avro, Halandı isə 150 ​​milyon avro qiymətləndirir.

Aut.az

Exit mobile version