AUT.AZ

MY Ronaldonu “su qiyməti”nə satır

Böyük ehtimalla, Kriştiano Ronaldo qışda “Mançester Yunayted”i tərk edəcək.

Aut.az xəbər verir ki, MY-in ona görə tələbə etdiyi məbləğ haqda da mətbuata məlumat sızıb. “Mançester Yunayted” portuqaliyalını 11 milyon avroya satmaq niyyətindədir. Amma qiymətdə endirim də olacağı gözlənilir.

Çünki Ronaldonun müqaviləsi gələn ilin yayında başa çatır, üstəlik, məvacibi də yüksəkdir. Ona görə də, MY rəhbərliyi ona daha 6 ay məvacib verib havayı yola salmaqdansa, qışda satmağı üstün tutur. Bir vaxtlar dəyəri 100 milyondan da yuxarı olan Ronaldoya 11 milyon qiymət qoyulması, onun “su qiyməti”nə satılması deməkdir.

Ronaldonun Devid Bekhemin sahibi olduğu İnter Mayami”yə keçəcəyi gözlənilir. Bekhem ona illik 34 milyon avro məvacib vəd edib.

Aut.az

Exit mobile version