AUT.AZ

“Leyptsiq”dən ayrıldı – Londona gedir

Kristofer Vivell “Leyptsiq”də texniki direktor postunu tərk edib.

Aut.az xəbər verir ki, o, oktyabrın 7-də vəzifəsindən ayrılıb. Alman mütəxəssisin Londona üz tutacağı bildirilir.

Vivell qısa müddətdən sonra “Çelsi”də işə başlayacaq. O, “zadəganlar”da məlumatların təhlili və skaut işinə cavabdehlik daşıyacaq.

“Çelsi” rəhbərliyi idman direktoru vəzifəsinə də təyinat planlaşdırır.

Aut.az

Exit mobile version