AUT.AZ

Kasilyas “Mən geyəm yazdı və…

“Real”ın və İspaniya yığmasının sabiq qapıçısı İker Kasilyasla bağlı müəmmalı olay baş verib.

Aut.az xəbər verir ki, bu gün Kasilyasının sosial şəbəkə hesabında belə paylaşım edilib:

“Ümid edirəm ki, siz mənə hörmət edəcəksiniz. Mən geyəm. Xoş istirahətlər”.

Kasilyasın yığmadakı komanda yoldaşı, “Barsa”nın sabiq kapitanı Karlos Puyol isə paylaşıma şərh də yazıb:

“İker, bizim tarixi danışmağın vaxtı çatdı”.

Amma bir müddət sonra paylaşım silinib və Kasilyas bəyanat yaymalı olub:

“Hesab sındırılıb. Xoşbəxtlikdən indi hər şey qaydasındadır. Bütün abunəçilərimdən üzr istəyirəm. Və təbii ki, LGBT icmasından da üzr istəyirəm”

Kasilyas bu ilin martında 12 il birgə yaşadığı teleaparıcı Sara Karbonerodan ayrıldığını bildirib.

Aut.az

Exit mobile version